Ümummilli lider Heydər Əliyevin davamçısı olan İlham Əliyev cənabları sözün əsl mənasında atasının qoyduğu uğurlu yolu davam və inkişaf etdirir. Heydər Əliyevin hakimiyyəti illərində baş vermiş 1994-cü il “Əsrin kontraktı” Azərbaycanın inkişaf və dönüm nöqtəsinə səbəb oldu. Həmin ildən 2003-cü ilin avqust ayına qədər İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse prezidenti, sonra isə birinci vitse prezidenti olub. İlham Əliyev cənabları həmin vaxtdan atasının neft strategiyasının fəal iştirakçısına çevrilmişdir. 2003-cü il səhhətində yaranan problemlə əlaqədar Heydər Əliyev öz prezident namizədliyini geri götürmüş və oğlu İlham Əliyevin namizədliyini irəli sürmüşdür. Xalq Ulu Öndərdən sonra yeganə namizəd məhz İlham Əliyevi görürdü. Bunun nəticəsidir ki, 76 faizdən çox səs toplayan İlham Əliyev cənabları Azərbaycan Respublikasının Prezidenti seçildi. İlham Əliyevin prezidentliyinin ilk günlərində Ulu Öndərin neft strategiyasının hazırlanması, dünya siyasi meydanında uğur qazanıb xarici investorların ölkəmizə cəlb olunması kimi çətin və önəmli tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.Ölkəmizdə iqtisadi islahatların keçirilməsində, xarici ölkələrlə iqtisadi- mədəni xidmətləri , dünyanın qabaqcıl şirkətləri ilə neft-qaz yataqlarının birgə işlənməsi, qabaqcıl neft şirkətləri ilə ilə müqavilələrin işlənməsi , bu müqavilələrin həyata keçirilməsində İlham Əliyev cənablarının xidməti böyükdür. İlham Əliyev gənclər siyasətinə önəm vermişdir. İdmana böyük əhəmiyyət verən Prezidentimiz sağlam gənclərin yetişdirilməsi üçün hərtərəfli şəraitin yaradılmasını təmin etmiş, onların uğur qazanması üçün əhəmiyyətli addımlar atmışdır. Təkcə Bakıda deyil, eləcə də bütün bölgələrdə olimpiya, idman-sağlamlıq mərkəzlərinin tikilməsi , idmanin inkişafı üçün güclü maddi- texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş düşünülmüş siyasi addımdır. Hazırda Azərbaycanın dünyanın mötəbər yarışlarında yer tutması, bir çox mötəbər yarışlara ev sahibliyi etməsi həm ölkəmizi tanıdır , həm də beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu İlham Əliyevin gənclər siyasətinin ən önəmli uğurlarından biridir.İlham Əliyev cənabları təhsilə böyük önəm verir. 2006- cı ildə azərbaycan gənclərinin xaricdə təhsil alması ilə əlaqədar Dövlət Proqramı haqqında sərəncam imzaladı. Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil alması ölkəımizin gənclərinin bilik və bacarıqlarının artmasına səbəb olacaqdır ki, bu da daha savadlı gənclərin yetişməsi deməkdir. Qeyri neft sektorunun genişlənməsi , neft sektorundan qeyri-neft sektoruna keçmə kimi önəmli və gələcəyə hesablanmış islahat İlham Əliyev cənablarının önəmli islahatlarından biridir. Belə ki, neftdən gələn gəlirin bir hissəsini ölkədə sənaye zavod və şirkətlərinin tikilməsinə sərf etməsi , ölkənin xaricdən asılılığını aradan qaldırmaqla yanaşı həm də yeni iş yerlərinin açılmasına şərait yaradır. Məhz bunun nəticəsidir ki, hazırda ölkəmizin bir çox bölgələrində müxtəlif növ yerli məhsullar istehsal olunur. Nəticədə həm daxili tələbat öz məhsullarımızla təmin olunur, həm də xarici bazarlarda ”Made in Azerbaijan” brendi altında məhsullarımız satılır. Nizami ordu quruculuğunun ilk addımları Ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır. Qanunsuz silahlı dəstələri, pərakəndə silahlı dəstələri ləğv etdi və beləliklə də nizami ordunun formalaşmasında ilkin addımlar atıldı. Ölkədə vahid komandanlığa tabe olan ordu yaradıldı. Ulu Öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarilə ilə yeni mərhələyə qədəm qoydu. Müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi. Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son silahları ilə təchiz olunması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirilməsi ordumuzun inkişafını daha da artırdı. Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz olunan , davamlı modernləşdirilməsini həyata keçirən İlham Əliyev bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısındakı üstünlüyünü təmin etdi. 44 günlük Vətən müharibəsində Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyyat və zərbə dronları düşmən hədəflərinin müəyyənləşdirilməsində və məhv edilməsində mühüm rol oynadı. Nəticədə işğalçı orduya məxsus milyonlarla dollar dəyərində hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edildi. Ermənistan tərəfinin mülki obyektlərimizi, eləcə də cəbhə bölgəsindən 100 kiometrələrcə kənarda yerləşən şəhərlərimizi müxtəlif tipli raketlərlə zərbə endirmə cəhdləri müasir Azərbaycan hava hücumundan müdafiə vasitələri ilə dəf edildi. Təməli Heydər Əliyevlə başlayan hərbi akademiyaların, hərbi məktəblərin təkmilləşdirilməsi, yeni hərbi akademiyaların açılması məhz Ulu Öndər davamçısı İlham Əliyevin sayəsində baş tutdu. Azərbaycanın hərbi zabitlərinin xarici ölkələrdə hərbi ali məktəblərdə təhsil alması və eləcə də qardaş Türkiyə ilə hərbi əməkdaşlığımız Azərbaycan Ordusunun qüdrətlənməsinə səbəb oldu. Nəhayət Azərbaycanın güclü ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci il 27 sentyabr tarixində həm düşmən təxribatının qarşısını almaq, həm də 30 il düşmən əsarətində qalmış doğma torpaqları geri qaytarmaq üçün əks hücuma keçdi. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun Qarabağı və eləcə də ətraf rayonları erməni əsarətindən azad etməsi ilə yekunlaşdı. Prezident İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, Vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində büruzə verib. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq – düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə bariz nümunədir.Dövlətimizin başçısının çıxışlarının birində dediyi bu sözlər Azərbaycan Ordusunun qəhrəmanlığına və peşəkarlığına verilən yüksək qiymətin əyani təsdiqidir: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” Artıq işğaldan azad edilmiş torpaqlarda sürətli quruculuq- bərpa işləri gedir. Prezident İlham Əliyevin tapşırığına əsasən kommunikasiya xətləri, müasir yollar və s. işləri davam etməkdədir. İlkin Olaraq Ağalı kəndinin ağıllı kənd tipində sahiblərinə təhvil verilməsi yaxın gələcəkdə məcburi köçkünlərin öz doğma yurdlarına tam yerləşdiriləcəyinin, Böyük Qayıdışın nümunəsidir. Deyərdim ki, İlham Əliyevin ən uğurlu siyasəti məhz Qarabağı 30 ildən artıq işğaldan sonra azad etməsidir. Tarixdə belə hadisələr çox nadir hallarda baş verir ki, bu da İlham Əliyev cənablarına və onun güclü ordusuna qismət oldu. Yaşasın Azərbaycan, yaşasın azərbaycan Ordusu, Yaşasın Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənabları!Bəxtiyar Əhmədov,Xocalı rayon Yaloba kənd tam orta məktəbin müəllimi